Onlayn sifariş portalı

Zəng sifarişi
Zəng sifarişi

Əlaqə nömrəsi
Əlaqə nömrəsi*
Ad Soyad
Ad Soyad

* - Doldurulması zəruri olan sahələr

İsmarıc göndərildi
Mesajınız müvəffəqiyyətlə göndərilmişdir. Ən qısa zamanda Sizində əlaqə saxlanacaq.
Bağla
   
0

Çatdırılma və ödəniş

“Savio” internet mağazasında çatdırılma öz “Çatdırılma xidmətimiz" tərəfindən həyata keçirilir və Bakı şəhərinin mərkəz hissəsinə məhsulların çatdırılması pulsuzdur. Ödənişsiz və ya ödənişli çatdırılma əraziləri haqqında daha dəqiq məlumat almaq üçün təqdim olunan xəritəyə və ya satış məsləhətçilərimizə müraciət edə bilərsiniz. Sifarişi təhvil alarkən onun xarici görünüşünü nəzərdən keçirtmək, tərkibini yoxlamaq və yalnız bundan sonra sənədləri imzalamaq lazımdır. Sifarişlə birlikdə sizə seçdiyiniz ödəniş üsulundan asılı olaraq digər sənədlər də təqdim olunacaq: hesab, qaimə, hesab-faktura.

Çatdırılma, sifariş rəsmiləşdirilən zaman qeyd olunan ünvana olur. Sifarişi digər ünvana çatdırmağa ehtiyac olarsa, bu haqda sifariş təsdiqləndikdən sonra Sizinlə əlaqə saxlayacaq "Çatdırılma xidmətinin " əməkdaşına məlumat verməyiniz xahiş olunur.

"Savio" internet mağazasında alınan məhsullara görə ödəmələr nağd yaxud nağdsız hesablaşma yolu ilə, o cümlədən plastik kartlar vasitəsilə onlayn qaydada aparılır.

NAĞD HESABLAŞMA

"Nağd almaq" seçdiyiniz təqdirdə bizim satış məsləhətçilərimiz sifarişinizi təsdiq etmək və çatdırılma tarixini dəqiqləşdirmək üçün sizinlə əlaqə saxlayacaqdır. Daha sonra bizim kuryer sizin sifarişi qeyd etdiyiniz ünvana çatdıracaq və ödənişi sizdən qəbul edəcəkdir.

PLASTIK KARTLA HESABLAŞMA

"Plastik kart" seçdiyiniz təqdirdə siz "Plastik kart" səhifəsinə yönləndirilirsiniz və həmin səhifədə kart məlumatlarınızı daxil edərək onlayn formada ödəniş edirsiniz. Daha sonra bizim satış məsləhətçilərimiz sifarişinizi təsdiq etmək və çatdırılma tarixini dəqiqləşdirmək üçün sizinlə əlaqə saxlayacaqdır. Ödəniş etmək üçün tərəfimizdən aşağıdakı kartlar qəbul olunur: Master Card, Master Card Electronic, Visa, Visa Electron, Maestro.

NAĞDSIZ HESABLAŞMA

“Nağdsız almaq” seçdikdə alınan məhsullara uyğun hesab sizə göndərilir. Təqdim olunan hesab 5 (beş) iş günündə ödənilməlidir.

Sualınız var?
Rahat yolla bizimlə əlaqə saxlayın
+994 (77) 530 00 40
+994 (12) 310 00 40
Bakı şəhəri
A.M.Şərifzadə 34   
Bazar ertəsi-Cümə : 09:00 - 19:00
Şənbə: 09:00 - 15:00, Bazar : qeyri iş günü



Məhsul səbətə əlavə edildi
Məbləğ:
Купить в один клик
Заполните данные для заказа
Запросить стоимость товара
Заполните данные для запроса цены
Запросить цену Запросить цену