Onlayn sifariş portalı

Zəng sifarişi
Zəng sifarişi

Əlaqə nömrəsi
Əlaqə nömrəsi*
Ad Soyad
Ad Soyad

* - Doldurulması zəruri olan sahələr

İsmarıc göndərildi
Mesajınız müvəffəqiyyətlə göndərilmişdir. Ən qısa zamanda Sizində əlaqə saxlanacaq.
Bağla
   
0

İadə və dəyişmək

Xahiş edirik Sifarişi təhvil alarkən onun yararlılıq vəziyyətinə diqqət yetirəsiniz və hər hansı bir uyğunsuzluq aşkar edilən zaman dərhal kuryerimizə məlumat verəsiniz. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, sifarişinizi təhvil aldıqdan sonra 14 (on dörd) gün ərzində məhsulu Müştəri Xidmətlərimizlə əlaqə saxlayıb geri qaytara və ya dəyişə bilərsiniz. Sifarişin qəbulu və qaytarılması aşağıdakı qaydada həyata keçirilir:

SIFARIŞIN QƏBUL EDILMƏSI

“Çatdırılma xidməti” “Sifarişçi”nin sifarişini tələb olunan ünvana çatdırır. Sifarişin qəbulu zamanı “Sifarişçi” qaiməyə əsasən sifarişi qəbul edir və təqdim olunan malların qaimədə göstərilən malların uyğunluğuna (adına, sayına, həcminə, istifadə müddətinə, qablaşdırılmasına, çəkisinə və s.) nəzarət edir. Qaimə ilə təqdim olunan mallar arasında uyğunsuzluq aşkar edilməzsə, “Sifarişçi” qaiməni imzalayaraq qəbul edir. Qaimə imzalandıqdan sonra “Sifarişçi” tərəfindən qeyd olunan çatışmazlıqlar haqqında iradlar qəbul edilmir. Malların qəbulu zamanı “Sifarişçi” həm qismən, həmdə tam olaraq təqdim olunan mallardan imtina edə bilər. Bu zaman nə mallara görə, nə də çatdırılmaya görə “Sifarişçi” tərəfindən hər hansı ödəniş tələb olunmur.

MALLARIN GERI QAYTARILMASI

“Sifarişçi” tərəfindən malların geri qaytarılması mümkündür: Malları qəbul edən zaman uyğunsuzluq aşkar edilərsə.

“Sifarişçi” malları qəbul edərkən qaimə ilə təqdim olunan mallar arasında uyğunsuzluq aşkar edilərsə “Sifarişçi” tərəfindən akt tərtib olunur və aktda qeyd olunan mallar geri qaytarılır. Bu zaman “Sifarişçi” yalnız qəbul etdiyi malların dəyərin ödəyir.

ÖDƏNIŞIN GERI QAYTARILMASI

Mallar "Savio" internet mağazasının ofisinə geri qaytarıldıqdan və geri qaytarılma şərtlərinə uyğunluğu yoxlanıldıqdan sonra pulunuz 3 iş günü ərzində hesabınıza köçürülür və yaxud nağd ödənilir.

HANSI MƏHSULLAR GERI QAYTARILMIR?

- Tez xarab olan məhsullar;

- Satış tarixində istifadəyə yararlı, lakin son istifadə tarixi keçmiş məhsullar;

- Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş məhsullar;

Qanunvericilik: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

Sualınız var?
Rahat yolla bizimlə əlaqə saxlayın
+994 (77) 530 00 40
+994 (12) 310 00 40
Bakı şəhəri
A.M.Şərifzadə 34   
Bazar ertəsi-Cümə : 09:00 - 19:00
Şənbə: 09:00 - 15:00, Bazar : qeyri iş günü


Məhsul səbətə əlavə edildi
Məbləğ:
Купить в один клик
Заполните данные для заказа
Запросить стоимость товара
Заполните данные для запроса цены
Запросить цену Запросить цену